Quba-Qonaqkənd yolu açılıb - YENİLƏNİB

media-ads_728_90

Qaya parçası düşməsi nəticəsində bağlanan Quba-Qonaqkənd yolunda hərəkət bərpa olunub.

“TV1” xəbər verir ki, əraziyə ağır texnikalar gətirilib, qaya parçası doğranaraq ərazidən götürülüb.

Yolda hərəkət qismən bərpa edilib. Hazırda yolun hərəkət hissəsində qalan qaya parçalarının da kənarlaşdırılması istiqamətində işlər görülür.

10:50  —————————————————————————————————————————————-

Aprelin 19-u səhər saatlarında Qubada “Təngə dərəsi” adlanan turizm ərazisində yolun hərəkət hissəsinə qaya parçası düşüb.

“TV1” xəbər verir ki, iri qaya parçası ərazidən keçən yeganə yolu tamamilə bağlayıb. Nəticədə 10-dan artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rayonda fəaliyyət göstərən qurumlarının texnikaları cəlb olunub. Qaya parçasının ərazidən kənarlaşdırılması üçün işlər görülür.

Quba rayon Fövqəladə Hallar Komissiyası zəruri tədbirlərin görülməsi üçün hadisə yerindədir.

media-ads_728_90
Paylaş