Qəbələdə AĞIR QƏZA - Ölən və xəsarət alanlar var
Qəbələ rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alanlar var.
“TV1” xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb.
“VAZ-2106” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”da olan sərnişinlər isə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Qəza nətiicəsində xəsarət alanlar “VAZ-2106” avtomobilində olan sərnişinlər – 1970-ci il təvəllüdlü Səfərəliyev Sübhi Yunus oğlu, 1987-ci il təvıllüdlü Qocayev Mehdi Ərzuman oğlu və 2010-cu il təvəllüdlü Elgiz Abduləzizov, həmçinin “Hyundai”nin sürücüsü Aqil Bəhlulzadədir.
Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.