Qəbələdə baş verən qəzada 5 nəfər xəsarət alıb

media-ads_728_90

Qaraməryəm-İsmayıllı-Qəbələ avtomobil yolunun Qəbələ rayonunun Nohur göl ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, Qəbələ şəhəri istiqamətində hərəkət edən “VAZ 2106” markalı avtomobil əks istiqamətdə gedən “Opel” markalı avtomobillə toqquşub. Baş verən qəza nəticəsində 5 nəfər (2 kişi, 3 qadın) təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qəbələ Rayon Mərkəzi Xəstəxanasının açıqlamasına görə, yaralılara bədənin müxtəlif nahiyələrinin travması və sınıqları, qabırğaların, alının açıq yaraları diaqnozları təyin olunub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Xəsarət alanlardan 2 nəfərin (1 kişi, 1 qadın) vəziyyəti ağır, 1 nəfərin (qadın) orta ağır, 1 nəfərin (qadın) vəziyyəti stabil qiymətləndirilir və müvafiq şöbələrdə müalicələri davam etdirilir. Bir nəfər isə (qadın) göstərilən tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb.

 

media-ads_728_90
Paylaş