media-1200x100

Qətərdə 5-ci İqtisadi Forum keçiriləcək

media-ads_728_90

Mayın 20-22-də 5-ci Qətər İqtisadi Forumu keçiriləcək. Tədbir “Bloomberg”lə əməkdaşlıq şəraitində təşkil olunacaq.

“TV1” xəbər verir ki, bu barədə forumun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, tədbir çərçivəsindəki plenar iclaslarda biznes, investisiyalar, ticarət, enerji, təhlükəsizlik, texnologiya və innovasiya mövzularında müzakirələr aparılacaq.

Qeyd edək ki, ötən il mayın 14-16-da keçirilmiş 4-cü Qətər İqtisadi Forumunda 70-dən çox natiq, o cümlədən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq xəbər sənayesinin rəhbərləri, qlobal investorlar, idman, mədəniyyət və əyləncə sahələrinin liderləri çıxış ediblər.

Plenar iclaslarda 1500-dən çox insan iştirak edib. Onlar arasında yüksək səviyyəli şəxslər, mütəxəssislər, texnologiya sahələrinin rəhbərləri, siyasətçilər, iri maliyyəçilər və media nümayəndələri də olub.

media-ads_728_90
Paylaş