Qubada evlərdən 60 min manatlıq oğurluq edən şəxs saxlanılıb
Qubada evlərdən silsilə oğurluqların edilməsi barədə polisə zərərçəkən şəxslərdən şikayətlər daxil olub.
“TV1” xəbər verir ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən 36 yaşlı Roman Məmmədşahov saxlanılıb.
Araşdırmalarla onun müxtəlif evlərdən 10 min manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və 7370 dollar oğurladığı müəyyən edilib. R.Məmmədşahovdan oğurluq yolla əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə R.Məmmədşahovun barəsində həbs qətimkan tədbiri seçilib.