Qubaya film çəkilişinə gedən heyətin avtomobili dərəyə aşıb - Ölən və yaralanan var

media-ads_728_90

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə “Ford” markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumat görə, Nazirliyin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-nin yanğınsöndürən xilasedici qüvvələri əraziyə cəlb edilib. Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

Qeyd edək ki, Quba-Alpan-Susay-Xınalıq yolunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub. O, Füzuli rayon sakini İlqar Mübaşir oğlu Əhmədovdur.

media-ads_728_90
Paylaş