Qusar sakini qaynını və onun həyat yoldaşını baltalayıb

media-ads_728_90

Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub.

“TV1” xəbər verir ki, Qusar rayon sakini, 67 yaşlı Əlibəyov Vəkil Saday oğlu qaynı, 57 yaşlı Ömərov Şirin Şəmsəddin oğlunu balta ilə qətlə yetirib, daha sonra isə 49 yaşlı Şəlalə Ömərovaya xəsarət yetirib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən V.Əlibəyov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report

media-ads_728_90
Paylaş