Qusarda Azərbaycan və Pakistan vətəndaşlarını daşıyan avtobus aşıb - Yaralılar var

media-ads_728_90

Qusar rayonunun Çiləgir kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, Qusar – Şahdağ yolunda turistlərin olduğu avtomobil idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində maşında olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq, Qusar rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan üç nəfəri Azərbaycan, beş nəfəri isə Pakistan vətəndaşlarıdır.

Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş