Qusarda qadın öldürülüb - Əri saxlanılıb
Qusar rayonunda qadın öldürülüb, şübhəli qismində keçmiş əri saxlanılıb.
“TV1” xəbər verir ki, dekabrın 16-da səhər saatlarında Qusar rayonunun Hil kəndindəki evdə kənd sakini, 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə onu keçmiş əri, kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması, kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürdüyü müəyyən edilib və o, saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı rayon prokurorluğunda cinayət işi açılıb. Qeyd olunub ki, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. /report/








