PA-nın keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib - Ramiz Mehdiyevin işi üzrə

media-ads_728_90

Ramiz Mehdiyevin işi üzrə Eldar Əmirov da həbs edilib.

“TV1” report-a istinadən xəbər verir ki, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Əmirov Eldar Qurban oğlu məkhəmənin qərarı ilə Ramiz Mehdiyev barəsində açılmış cinayət işi üzrə, dövlət çevrilişinə cəhddə iştirak ittihamı ilə həbs edilib.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Eldar Əmirov Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olduğu vaxt Administrasiyanın əməkdaşı olub, daha sonra son vaxtlara kimi onun köməkçisi qismində fəaliyyət göstərib.

Xatırladaq ki, Eldar Əmirovun saxlanması ilə bağlı xəbəri ilk olaraq manşet.az saytı yayımlayıb.

media-ads_728_90
Paylaş