Roma Papası Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb

media-ads_728_90

Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“TV1”  xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin bülletenində qeyd olunub.

“Ermənistan və Azərbaycanın sülh sazişinin yekun mətni üzrə razılaşmasından məmnunam. Bu sazişin mümkün qədər tez imzalanacağına və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümid edirəm”, – deyə məlumatda qeyd olunub.

 

media-ads_728_90
Paylaş