Rusiyada ağır QƏZA: Üç azərbaycanlı gənc həyatını itirdi
Rusiyada azərbaycanlıların olduğu avtomobil qəzaya düşüb.
“TV1” xəbər verir ki, hadisə mayın 30-da Şimali Osetiyada baş verib.
“LADA Priora” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Həlak olanlardan 3 nəfər Azərbaycan vətəndaşıdır. Dünyasını dəyişən azərbaycanlılardan ikisi Qazax, 1 nəfər isə Ağstafa rayon sakinidir.
Qazax rayonunun Daş Salahlı kənd sakinləri – 2005-ci il təvəllüdlü Köçər Hüseynov və 1993-cü il təvəllüdlü Pərvin Yusifov bir neçə ay öncə Rusiyaya işləmək üçün gediblərmiş.
Qəzada ölən digər azərbaycanlı – Ağstafa rayon sakininin isə şəxsiyyəti dəqiqləşdirilir. /oxu.az/