Rusiyada "An-22" təyyarə qəzası - 7 nəfər ölüb
Rusiya Müdafiə Nazirliyi An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
“TV1” xəbər verir ki, Nazirlikdən bildirilib ki, An-22 təyyarəsi təmirdən sonra uçuş zamanı kimsəsiz ərazidə qəzaya uğrayıb.
Axtarış və xilasetmə qrupu hadisə yerinə yola düşüb.
İlkin ehtimala görə, təyyarədə olan 7 nəfərin hamısı ölüb.
**** ****
13:41
Rusiyanın İvanovo vilayətinin Furmanov rayonunda “An-22” təyyarəsi qəzaya uğrayıb.
“TV1” xəbər verir ki, bu barədə “REN TV” mənbəyə istinadən bildirib.
Məlumata görə, təyyarənin göyərtəsində yeddi ekipaj üzvü olub.
Xəsarət alanlar haqqında məlumat dəqiqləşdirilir.
İlkin məlumata görə, təyyarə Rusiya Federasiyası Müdafiə Nazirliyinə məxsusdur.








