Sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib

media-ads_728_90

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.

“TV1” xəbər verir ki, sabiq nazir bu gün 75 yaşında dünyasını dəyişib.

TƏBİB-dən verilən açıqlamada bildirilir ki, sabiq səhiyyə naziri Oqtay Şirəliyev ilə əlaqədar 03.10.2025-ci il tarixində saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.

Qeyd edilir ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub:

“Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.

Allah rəhmət eləsin!”

Qeyd edək ki, Oqtay Şirəliyev 1950-ci il avqustun 2-də Bakı şəhərində həkim ailəsində anadan olub.

O, Prezident İlham Əliyevin Sərəncamı ilə 2005-ci il oktyabrın 20-də səhiyyə naziri təyin olunub, 2021-ci il aprelin 23-dək bu vəzifədə çalışıb.

O.Şirəliyev 2015-ci il avqustun 12-də səhiyyənin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

media-ads_728_90
Paylaş