Sabirabadda AĞIR QƏZA - 2 ölü, 5 yaralı

media-ads_728_90

Sabirabadda ağır yol qəzası baş verib. Hadisə nətcəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, qəza zamanı 1957-ci il təvəllüdlü Əliyev Rəhim Əlisa oğlu və 2019-cu il təvəllüdlü Əlizadə Nilay Rahib qızı ölüb.

Hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində xəsarət alan beş nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparıllr.

media-ads_728_90
Paylaş