Şabranda çaydan iki meyit tapıldı

media-ads_728_90

Şabranda çaydan iki meyit tapılıb.

“TV1” xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilir.

Qeyd olunur ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti götürülərək aidiyyəti üzrə təhvil verilib.

media-ads_728_90
Paylaş