Sabunçu xəstəxanasının həyətində ölü döl tapılıb
Bakıda xəstəxananın həyətində yarımçıq doğulmuş dölün meyiti tapılıb.
“TV1” xəbər verir ki, hadisə ötən gün saat 14 radələrində Sabunçu Tibb Mərkəzinin həyətində qeydə alınıb.
Oradan tapılan 6 aylıq dölün hansı şəraitdə doğulması və oraya necə atılması məlum deyil.
Hazırda faktla bağlı araşdırma aparılır.
Sabunçu Tibb Mərkəzindən verilən məlumata görə, dekabrın 4-ü saat 14:30 radələrində Sabunçu Tibb Mərkəzinin ərazisindəki ağaclıq sahədə daxili mühafizə xidməti tərəfindən ölü döl aşkar edilib:
“Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və əraziyə baxış keçirilib. İlkin məlumata görə, aşkarlanmış ölü döl 34-36 həftəlik hamiləlik dövrünə uyğundur. Qeyd edək ki, ölü dölün aşkar olunması faktı ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır”. /qafqazinfo/








