Şahbuzun Biçənək kənd yoluna qaya uçub

media-ads_728_90

Şahbuz rayonunun Biçənək kənd avtomobil yolunda güclü yağan qar və yağışlar nəticəsində qaya uçqunu baş verib.

“TV1” xəbər verir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən əlumata görə, Zərnətun körpüsünün yaxınlığına, yolun hərəkət hissəsinə iri qaya parçaları düşüb.

Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Qaya parçaları qısa müddət ərzində ərazidən yığışdırılıb, yolda rahat və təhlükəsiz hərəkət bərpa olunub.

media-ads_728_90
Paylaş