Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub - YENİLƏNİB

media-ads_728_90

Şamaxıda ikinci zəlzələ qeydə alınıb.

“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.

xxxx

Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

xxxx

Azərbaycanda zəlzələ olub.

“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələ Şamaxıda baş verib.

media-ads_728_90
Paylaş