Samuxda halvadan zəhərlənənlərin vəziyyəti orta ağırdır - YENİLƏNİB

media-ads_728_90

Samuxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti orta ağırdır.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) 15.07.2026-cı il tarixində saat 15:30 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

“Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir”, – məlumatda qeyd olunub.

17:18

Samuxda zəhərlənmə hadisəsi baş verib.

“TV1” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.

15-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, kənd sakinlərindən biri halva bişirib və qonşulara paylayıb. Halvanı yeyən ev sakinləri və qonşular özlərini pis hiss etdiklərindən xəstəxanaya müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş