Saray postunun yaxınlığında marşrut avtobusu yanıb

media-ads_728_90

Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verib.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, 9 saylı marşrut avtobusu yanıb.

Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Xəsarət alan yoxdur.

media-ads_728_90
Paylaş