“Sədərək” ticarət mərkəzindəki yanğın tam məhdudlaşdırılıb - VİDEO
“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb.
“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Verilən məlumata görə, FHN-nin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.
Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.
Qeyd edək ki, ötən gün günorta saatlarından“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin onlarla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub. Yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.