media-1200x100

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT ETDİ

media-ads_728_90

Səhiyyə Nazirliyi bayram və istirahət günlərində yoluxma hallarının qarşısının alınması məqsədilə əhaliyə müraciət edib. Xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilməsi tövsiyə olunur.

“TV1” xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, qış mövsümü və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip hallarının artması daha çox müşahidə edilir.

Bildirilir ki, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsi məqsədəuyğundur. Hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə görə yüksək həssaslığa malik əhali qrupları hesab olunur.

Nazirlik hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumağa çağırıb.

 

media-ads_728_90
Paylaş