media-1200x100

Sel Məkkə və Mədinədə ciddi fəsadlar törədib - VİDEO

media-ads_728_90

Səudiyyə Ərəbistanının Məkkə şəhərində leysan yağışları daşqınlara səbəb olub.

“TV1” xəbər verir ki, yağışlar səbəbindən Məkkə-Ciddə magistral yolu ehtiyat tədbiri olaraq bağlanıb.

Məlumata əsasən, Məkkədə bir çox avtomobil sel suları nəticəsində zədələnib. Məscidül-Həram Baş İdarəsindən verilən açıqlamada suyun boşaldılması üçün 200-dən çox müfəttiş və 4 mindən çox işçi cəlb olunub.

Ciddədəki Kral Əbdüləziz hava limanından verilən açıqlamada isə əlverişsiz hava şəraiti ilə bağlı bəzi uçuşların təxirə salındığı qeyd olunub. Leysan yağışları Əl-Harameyn magistral yolu başda olmaqla bir çox yolun və bəzi tunellərin bağlanmasına səbəb olub.

media-ads_728_90
Paylaş