Şəmkirdə ağır qəza - Müəllimə öldü, azyaşlı oğlu xəsarət aldı

media-ads_728_90

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“TV1” xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, azyaşlı xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanların adları məlum olub. Hadisə nəticəsində avtomobildə olan sərnişin 1994-cü il təvəllüdlü H.İsmayılova ölüb. Avtomobilin sürücüsü, 2001-ci il təvəllüdlü Ş.Huseynova və sənrnişin 2021-ci il təvəllüdlü Əli Cavanşir oğlu xəsarət alıb. Məlumata görə, qəzada ölən H.İsmayılova və xəsarət alan Ş.Hüseynova Şəmkir rayonun Dəllər Cırdaxan kənd orta məktəbinin müəllimləridir.

TƏBİB-dən verilən məlumata görə, iyunun 11-də saat 10:30 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 nəfər (1-i qadın cinsli, 1-i kişi cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, 2001-ci il təvəllüdlü şəxsə (qadın cinsi) döş qəfəsinin yuxarı aşağı ətrafının küt travması, 2021-ci il təvəllüdlü azyaşlıya ( kişi cinsi) baş-burun nahiyəsinin əzilmiş səthi yarası, aşağı ətrafların diz oynağı nahiyəsinin əziyi diaqnozları təyin edilib.

Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilir. /apa/

 

media-ads_728_90
Paylaş