Seuta sahillərində 34 qanunsuz miqrantın meyiti aşkarlanıb

media-ads_728_90

İspaniyanın muxtar Seuta şəhərinə daxil olmağa çalışan Mərakeşdən olan qanunsuz miqrantlar arasında ölənlərin sayı 34-ə çatıb.

“TV1” İspaniya mediasına istinadən xəbər verir ki, bu barədə Seuta muxtar şəhərinin prezidenti Xuan Xesus Vivas Lara bildirib.

Güc strukturları və təcili yardım xidmətinin məlumatına görə, bu il Seutaya üzərək çatmağa cəhd edərkən ölən miqrantların sayı 64-ə çatıb.

Yerli KİV-lərin daha əvvəl yaydığı məlumata görə, son bir həftə ərzində 1 500-dən çox miqrant Mərakeşdən üzərək Seutaya çatıb. Muxtar şəhərə gələnlərin dəqiq sayı hələ açıqlanmayıb.

Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına dəstək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.

İyulun 31-də İspaniyanın Baş naziri Pedro Sançes və daxili işlər naziri Fernando Qrande-Marlaskanın Seutaya səfər etməsi planlaşdırılır.

media-ads_728_90
Paylaş