Babək Nəbiyev: "Şirkət rəhbərinin üzünü, danışığını generasiya edib 25 milyon dollarını ələ keçirdilər" - ÖZƏL/VİDEO
“Şirkətin rəhbərinin üz quruluşunu, danışıq tərzini generasiya ediblər və şirkətdən 25 milyon dollar vəsait çəkiblər”.
Bunu “TV1”-ə özəl açıqlamasında İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Babək Nəbiyev deyib.
O bildirib ki, internetdə yerləşdirilən üç dəqiqə danışığımız kifayət edir ki, 90 faizdən yuxarı dəqiqliklə bizim səsimizi generasiya edə bilsinlər:
“Bu da artıq imkan verir ki, bizim adımızdan kiməsə zəng edib müəyyən əməliyyatlar həyata keçirsinlər”.
Mütəxəssis həmçinin vurğulayıb:
“Bu, hələ səslə də bitmir. Bu, üz cizgiləri, davranış profillərində də edilir. Avtomatik olaraq, cümlə quruluşunuzu götürürlər və rəqəmsal kopyanızı yaradırlar. Bundan sonra adınızdan istifadə edib yaxınlarınızı təhdid altına ala bilirlər. Bu yolla vətəndaşları aldadıb pullarını ələ keçirə biliblər. Faktlar var ki, şirkətin rəhbərinin üz quruluşunu, danışıq tərzini generasiya ediblər və şirkətdən 25 milyon dollar vəsait çəkiblər”.
Mətanət Əliyeva
Daha ətraflı müsahibədə: