Slovakiyada şagird məktəbə silahlı hücum edib - Yaralılar var

media-ads_728_90

Slovakiyanın qərbində yerləşən təhsil müəssisəsində bir şagird pnevmatik tapançadan atəş açıb.

“TV1” bu barədə Slovakiya KİV-ə istinadən xəbər verir.

Hadisə Novi-Mesto-nad-Vaqom şəhərində yerləşən, uşaq bağçasını, ibtidai məktəbi və gimnaziyanı birləşdirən təhsil müəssisəsində baş verib.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. İnsident nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir. Hadisənin təfərrüatları açıqlanmır.

media-ads_728_90
Paylaş