“Sputnik Azərbaycan”ın icraçı direktoru azadlığa buraxılıb - Putinin köməkçisi
Bakı şəhərində həbs edilən “Sputnik Azərbaycan” informasiya agentliyinin icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb.
“TV1” xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov “Kommersant” qəzetinə açıqlayıb.
Yuri Uşakovun sözlərinə görə, bununla bağlı qərar Düşənbədə Rusiya və Azərbaycan prezidentlərinin görüşü ərəfəsində qəbul edilib.
Qeyd edək ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Daxili İşlər Nazirliyinin (DİN) 30 iyun 2025-ci il tarixdə “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.