Sulutəpədə evləri su basıb - VİDEO 

media-ads_728_90

Binəqədi rayonu, Sulutəpə qəsəbəsində evləri su basıb.

“TV1” xəbər verir ki, aprelin 16-sı səhər saatlarından başlayan güclü yağış gün ərzində davam edib.

Nəticədə, paytaxt ərazisində bir çox əraziləri su basıb.

Redaksiyamıza daxil olan məlumata görə, bu gün analoji hal Binəqədi rayonu, Sulutəpə qəsəbəsində də yaşanıb.

Belə ki, qəsəbədə bir çox həyət evlərini su basıb.

Sulutəpə qəsəbəsinin 13 və 14-cü sıra adlanan ərazilərində evlərini su basmış vətəndaşlar təxliyə olunublar.

media-ads_728_90
Paylaş