Sumqayıt Tekstil Fabrikində 19 nəfər qidadan zəhərlənib

media-ads_728_90

Aprelin 21-də saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi) hospitalizasiya olunub.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilir.

Qeyd olunur ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.

Vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.

media-ads_728_90
Paylaş