Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb

media-ads_728_90

Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb.

“TV1” xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi, avqustun 1-də saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci il təvəllüdlü körpə hospitalizasiya olunub.

Məlumata əsasən, yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatışmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatışmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, körpənin avqustun 2-də saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.

media-ads_728_90
Paylaş