Sumqayıtda ağır qəza - 6 yeniyetmə xəsarət alıb
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
“TV1” xəbər verir ki, “Mercedes” markalı minik avtomobilinin idarəetmədən çıxaraq, divara çırpılması nəticəsində 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə şəhərin Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 6 nəfər (kişi) hospitalizasiya olunub. Müxtəlif xəsarətlər alan şəxslərə Təcili tibbi yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Onlardan 3 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə sabitdir.
Faktla bağlı araşdırma aparılır.








