Sumqayıtda ərini bıçaqlayan qadın SAXLANILDI

media-ads_728_90

Sumqayıtda ərini bıçaqlayan qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

“TV1” xəbər verir ki, ərini bıçaqlamaqda şübhəli bilinən 1987-ci il təvəllüdlü Rəmziyyə İmanova şübhəli şəxs qismində tutulub.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) aprelin 28-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Döş qəfəsinin orta səthinin boşluğa keçməyən kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi yardım göstərilib.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Rəmziyyə Becan qızı İmanova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Vüsal Kərimbala oğlu İmanova bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Faktla bağlı araşdırma aparılır. /report/

media-ads_728_90
Paylaş