Sumqayıtda kişi döyülərək öldürülüb - Oğlu şübhəli bilinir

media-ads_728_90

Sumqayıtda kişi döyülərək öldürülüb, oğlu şübhəli bilinir.

“TV1” xəbər verir ki, “report”un yerli bürosunun məlumatına görə, hadisə ötən axşam saatlarında şəhərin Sülh prospektində baş verib.

İlkin ehtimallara əsasən, 1981-ci il təvəllüdlü Akif Bağırov oğlu ilə mübahisə edib.

Yaranan mübahisə zamanı oğul atasının baş nahiyəsinə daşla zərbə endirib.

Ağır xəsarət alan kişi xəstəxanaya çatdırılsa da, bu gün səhər saatlarında orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş