Sumqayıtda marşrut avtobusu yanır - YENİLƏNİB/ VİDEO

media-ads_728_90

Sumqayıtda sərnişin avtobusu yanır.

“TV1” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, əraziyə Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

12:02  ——————————————————————————————————————————-

Sumqayıt şəhərində marşrut avtobusu yanır.

“TV1” xəbər verir ki, şəhər ərazisində fəaliyyət göstərən 2 saylı müntəzəm marşrut xəttinə aid “İsuzu Citibus” markalı avtobusda güclü yanğın başlayıb.

media-ads_728_90
Paylaş