Süni nəfəs aparatına qoşulan Azər Baxşəliyevin SON DURUMU
“Azər Baxşəliyev süni tənəffüs aparatına bağlıdır. Vəziyyəti ağır olaraq qalır”.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri mətbuat katibi Günel Aslanova açıqlama verib.
O, qeyd edib ki, aktyorun vəziyyəti hələ də ağır olaraq qalır.
Hazırda onun müalicəsi ATU-nun Tədris Cərrahiyyə Klinikasında davam etdirilir.
Xatırladaq ki, A.Baxşəliyev yanvarın 2-də koma vəziyyətində ATU-nun Tədris Cərrahiyyə Klinikasının Reanimasiya şöbəsinə yerləşdirilib. Dünən onun ürək fəaliyyəti dayanıb. Həkimlərin səyi nəticəsində aktyorun ürək fəaliyyəti bərpa olunub və o, süni tənəffüs aparatına qoşulub.