Suqovuşanda eyvandan yıxılan 3 yaşlı uşaq ölüb
Ağdərə rayonunun Suqovuşan kəndində azyaşlı yaşadığı binanın eyvanından yıxılaraq ölüb.
“TV1” xəbər verir ki, 2022-ci il təvəllüdlü Ağazadə Ömər Elməddin oğlu Suqovuşanda binanın 5-ci mərtəbəsində oynayarkən eyvandan yıxılıb.
Azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib. /report/