Şuşada yanğın zamanı mina partlayışları baş verib
Növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.
“TV1” xəbər verir ki, trend.az-ın məlumatına görə, hadisə ilə bağlı əraziyə FHN-nin yanğınsöndürən briqadasının əməkdaşları cəlb olunaraq yanğının meşə ərazisinə keçməsinin qarşısını alıblar.
Məlumata görə, yanğın baş verən ərazidə 3 dəfə mina partlayışı qeydə alınıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülərək nəzarət altına alınıb.