Tailand və Kamboca arasında atəşkəs elan olundu

media-ads_728_90

Tailand və Kamboca arasında qeyd-şərtsiz atəşkəs elan olunub.

“TV1” xəbər verir ki, bu barədə Malayziyanın Baş naziri Ənvər İbrahim bəyanat verib.

O bildirib ki, atəşkəs bu axşamdan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, Tailand-Kamboca sərhədində hər iki ölkənin orduları arasında baş vermiş silahlı toqquşmalar nəticəsində ölən və yaralananlar olub. Ümumilikdə, 300 mindən çox insan yaşadığı ərazini tərk edib.

media-ads_728_90
Paylaş