Tailandda ölənlərin sayı 29-a çatıb - YENİLƏNİB/VİDEO

media-ads_728_90

Tailandda tikinti kranının sərnişin qatarının üzərinə düşməsi nəticəsində həlak olanların sayı 29-a çatıb.

“TV1” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.

Son məlumatlara görə, yaralananların sayı 67-yə çatıb.

“Khaosod” qəzetinin məlumatına görə, artıq yaaralanan 54 nəfərin kimliyi müəyyən edilib.

Hadisə meyitlərin çıxarılması işləri davam edir.

***  ***

10:45

Tailandın Nakhon Ratçasima əyalətində qaldırıcı kran qatarın üzərinə aşıb.

“TV1” xarici KİV-ə istinadla xəbər verir ki, hadisə səhər saatlarında Sixio rayonunda yüksəksürətli dəmir yolu xəttinin inşaat aparılan hissəsində baş verib. Qaldırıcı kranın hərəkətdə olan qatarın üzərinə aşması nəticəsində nəqliyyat vasitəsi relsdən çıxıb. Qəza nəticəsində 22 nəfər ölüb.

Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.

media-ads_728_90
Paylaş