Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan üçtərəfli görüşü keçirilir
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin üçtərəfli görüşü keçirilir.
“TV1” xəbər verir ki, tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Görüşün məqsədinin üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşmək olduğun bildirilir.
“Görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. Üç ölkə üçün maraqlı ola biləcək istiqamətlər müəyyənləşdiriləcək, mümkün əməkdaşlıq istiqamətləri müəyyən ediləcək ki, region ölkələri bir sıra məsələlərə birgə yanaşmalar inkişaf etdirə bilsinlər. Bu, bugünkü müzakirənin əsas istiqamətləri olacaq”, – Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya jurnalistlərə bildirib.