TƏBİB Tovuzda tüstüdən zəhərlənən məktəblilərin son durumunu açıqlayıb

media-ads_728_90

TƏBİB Tovuzda tüstüdən zəhərlənən məktəblilərin son durumunu açıqlayıb.

“TV1” xəbər verir ki, TƏBİB-in yaydığı məlumata görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 11.04.2025-cü il tarixində saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində  tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayonu Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”- TƏBİB-dən vurğulanıb.

media-ads_728_90
Paylaş