Tərtərdə yük avtomobili yanıb
Tərtərdə yük avtomobili yanıb.
“TV1” xəbər verir ki, “QazEl” markalı yük avtomobili anidən alovlanıb.
Yanğın nəticəsində qısa müddətdə yük avtomobilinin kabin hissəsi yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparılır.







