Təyyarə qəzasında həlak olan 20 hərbçinin ADLARI - FOTO

media-ads_728_90

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib.

“TV1” xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanata istinadən xəbər verir.

“Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçimiz həlak olub. Səhər saat 6:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq təyyarəmizin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarına və qəza ilə bağlı araşdırmalara başlanılıb”, – deyə məlumatda bildirilir.

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər də hadisə bağlı açıqlama yayıb: “Qəhrəman döyüş yoldaşlarımız 2025-ci il noyabrın 11-də Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olub. Şəhidlərimizin ailələrinə və xalqımıza öz adımdan və Milli Müdafiə Nazirliyinin üzvləri adından başsağlığı verirəm”.

Nazirlik şəhid hərbçilərin ad və soyadlarını da açıqlayıb:

Gökhan Korkmaz – Pilot

Serdar Uslu – Zabit

Nihat İlgen – Zabit

Cüneyt Kandemir – Zabit

Emre Mercan – Baş Leytenant

Nuri Özcan – Baş Çavuş

Ümit İnce – Zabit

Burak Özkan – Zabit

Emrah Kuran – Zabit

Hamdi Armağan Kaplan – Zabit

Akın Karakuş – Zabit

İlker Aykut – Baş Qərargah rəisi

Ramazan Yağız – Zabit

Emre Altiok – Zabit

Burak İbbiği – Zabit

İlhan Ongan – Baş Çavuş

Berkay Karaca – Zabit

Ahmet Yaşar Kuyucu – Zabit

Cem Dolapcı – Zabit

Emre Sayın – Zabit.

media-ads_728_90
Paylaş