Tovuzda ananın evdə günlərlə tək qoyduğu körpənin SON VƏZİYYƏTİ - AÇIQLAMA

media-ads_728_90

Bir neçə gün əvvəl Tovuzda valideyninin evdə tək qoyduğu körpənin müalicəsi Bakıda davam etdirilir, vəziyyəti ağırdır.

“TV1” xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilir ki, 2024-cü il təvəllüdlü azyaşlı martın 25-də Tovuz Rayon Mərkəzi Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdində olan Nizami Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına təxliyə olunub. Körpənin müalicəsi hazırda davam etdirilir, vəziyyəti ağırdır.

Xatırladaq ki, polislər martın 17-si saat 21:20 radələrində 2024-cü il təvəllüdlü azyaşlını Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edib. Daxil olarkən körpəyə susuzlaşma, susuzluğun təsirindən yaranan əzginlik, süstlük, raxitlik, ağır dərəcəli inkişaf etaplarının ləngiməsi diaqnozları təyin edilib və zəruri tibbi yardımlar göstərilib.

Qeyd edək ki, sosial şəbəkələrdə ananın nikahdankənar dünyaya gətirdiyi körpəsindən imtina etdiyi ilə bağlı məlumatlar yayılıb.

media-ads_728_90
Paylaş