Toy karvanında atəş açan azərbaycanlılar tutuldu - VİDEO

media-ads_728_90

Rusiya polisi toy karvanında atəş açmaqda şübhəli bilinən şəxsləri saxlayıb.

“TV1” xəbər verir ki, qafqazinfo-nun Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, hadisə Rusiya Federasiyasının Mari El Respublikasının Yoşkar Ola şəhərinin küçələrində baş verib.

“Mari El Respublikasının DİN əməkdaşları araşdırma aparıblar. Şübhəli şəxslər “xolostoy” tapançalardan atəş açıblar, həmin silahlar onlar şəhərdən çıxarkən saxlanıldıqdan sonra müsadirə edilib. Xuliqanlıq əməllərində şübhəli bilinən şəxslər saxlanılıb”, – deyə məlumatda deyilir.

Hər iki sürücü barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.37 və 12.2-ci maddələri ilə inzibati protokollar tərtib edilib. İstintaq materialları əlavə hüquqi qiymətləndirmə üçün istintaq orqanlarına göndərilib. Hadisənin bütün detallarının aydınlaşdırılması üçün təhqiqat aparılır.

Qeyd edək ki, həmin şəxslərin azərbaycanlılar olduğu bildirilir.

Hadisənin görüntülərini təqdim edirik:

media-ads_728_90
Paylaş