Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərinin ən vacib nəticələrindən biri TRIPP layihəsidir - İlham Əliyev

media-ads_728_90

Biz nəinki tranzitlə bağlı Azərbaycan vasitəsilə yüklərin daşınmasına məhdudiyyətləri aradan qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının ixracına başladıq. Bu da, əslində, ticarətin və əməkdaşlığın başlanğıcı deməkdir.

“TV1” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında səsləndirib.

“Ən vacib nəticələrdən biri və Tramp-Vens administrasiyasının bizim regionda göstərdiyi səylərdən biri TRIPP layihəsidir, Tramp marşrutu layihəsidir”, – deyə o əlavə edib.

media-ads_728_90
Paylaş