Türkiyədə körpü çöküb - Üç nəfər ölüb

media-ads_728_90

Türkiyənin Diyarbəkir vilayətində tikilməkdə olan körpünün taxta konstruksiyası çöküb.

“TV1” xəbər verir ki, dağıntılar altında qalan işçilərin çıxarılması üçün əməliyyata başlanılıb.

Məlumata görə, hadisə zamanı ağır yaralanan dörd işçi xəstəxanaya aparılıb. Xəstəxanaya aparılan və dağıntılar altından çıxarılan işçilərdən 3-ü ölüb, 2-si isə yaralanıb.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

media-ads_728_90
Paylaş