media-1200x100

Türkiyə Ordusu Suriyada əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib

media-ads_728_90

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatının yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib.

“TV1” xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.

“Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib”, – deyə məlumatda bildirilib.

media-ads_728_90
Paylaş